Priqojinin ölümü rəsmən təsdiqləndi


Rusiyanın Tver vilayətində baş verən təyyarə qəzasından sonra molekulyar-genetik müayinələr başa çatıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ölənlərin hamısının şəxsiyyəti müəyyən edilib və onların arasında Yevgeni Priqojin də var.
“Tver vilayətində baş vermiş təyyarə qəzasının təhqiqatı çərçivəsində molekulyar-genetik ekspertizalar başa çatıb. Onların nəticələrinə əsasən ölən 10 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib, onlar uçuş vərəqəsində göstərilən siyahıya uyğundur”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, daha əvvəl Federal Hava Nəqliyyatı Agentliyi məlumat vermişdi ki, sərnişinlərin siyahısında Priqojinin də adı var.

DİGƏR XƏBƏRLƏR

Top