Bakı-Şamaxı-Yevlax yolu tam bərpa olundu – Yenilənib


M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, ötən gün sel sularının M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə ziyan vurması nəticəsində yolun 194-205 kilometrliyində yaranan problemin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  tərəfindən hadisə baş verdiyi andan etibarən tədbirlər görülüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Aparılan işlər nəticəsində sözügedən ərazidə artıq avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

***14:26
Yağan yağış suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsinin 194+500-cü km hissəsində yol təsərrüfatına zərər dəyib. Yağış sularının səviyyəsi yüksək olduğundan avtomobil yolunun hərəkət hissəsindən keçərək, həmin adıçəkilən kilometrdə avtomobil yolunun çökməsinə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin baş mühəndisi Həsən Məmmədli məlumat verib.
Onun sözlərinə görə, asfalt-beton örtüyünün alt hissəsi yuyularaq, yolun örtüyünün çökməsinə səbəb olub. Axşam saatlarında hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol müvəqqəti ilə bağlanıb, bu gün səhər saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları vasitəsi ilə hərəkətin bərpa olmaq məqsədi ilə təmir işlərinə start verilib.
Hazırda birtərəfli sağ hərəkət istiqamətində nəqliyyat vasitələri buraxılır. İşlər yekunlaşdırılandan sonra yaxın zamanlarda hər iki istiqamətdə hərəkət bərpa olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top