Bakıda iki yol qəzası baş verib.
Yeniavaz.com xəbər verir ki, birinci qəza aeroport şosesində baş verib. Qəza ilə əlaqədar metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Digər yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospekti, “Xutor” tunelinin çıxışında qeydə alınıb.
Hazırda “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq var.
Hər iki qəza nəticəsində yaranan sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.