Kadırov Priqojindən danışdı: “Ortaq cəhətlərimiz çox idi”


Çeçenistan rəhbəri Ramzan Kadırov “Vaqner” hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin təyyarə qəzası nəticəsində ölməsindən təəssüfləndiyini bildirib və onunla bağlı xatirələrini danışıb.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında bildirib.
R. Kadırov Yevgeni Priqojinin ailəsinə və yaxınlarına başsağlığı verib və onun xüsusi əməliyyatlarda verdiyi töhfələrdən danışıb:
“Şübhəsiz ki, o, Rusiyaya böyük töhfə verib və bunu heç cür inkar etmək olmaz. Onun ölümü bütün dövlət üçün böyük itkidir. Yevgeni Viktoroviçin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
O qeyd edib ki, Priqojinlə tez-tez ən çətin məsələləri müzakirə etməli olub: “Biz Liviya və Afrika ilə bağlı bəzi məsələlərdə də ona kömək etdik. Ortaq cəhətlərimiz çox idi. O, səfərlərinin birində mənə Vaqnerin “Xüsusi xidmətlərə görə” qızıl medalını təqdim etdi".
Xatırladaq ki, avqustun 23-ü “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb. Ölənlər içərisində Y. Priqojinin də cəsədi olub.

DİGƏR XƏBƏRLƏR

Top