Lukaşenko Priqojinin ölümüdən danışdı: “Putinin üzərinə atacaqlar”


““Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinin təyyarəsi ilə baş verən qəza Rusiya Federasiyası rəhbərliyinin arxasında dura bilməyəcəyi “kobud, qeyri-peşəkar işin” nəticəsidir”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ehtiyatlı və çox sakit insandır:
“Ona görə də Putinin bunu etdiyini, Putinin günahkar olduğunu təsəvvür edə bilmirəm. Belə ki, bu, çox kobud, qeyri-peşəkar işdir”.
Onun fikrincə, nəticədə hər şey Putinin üzərinə atılacaq:
“Bizdə – həm Belarusda, həm də Rusiyada belə bir hakimiyyət sistemi var: hansısa çirkin oyun baş verib, günahkar kimdir - Lukaşenko günahkardır, uzun müddət axtarmağa nə hetiyac var? Eyni şey ona da (Vladimir Putin – red.) aiddir”.
Lukaşenko deyib ki, o, Putinin bunu etdiyini, kiməsə bu barədə göstəriş verdiyini, Rusiya hakimiyyətin bunu etdiyini düşünməkdən uzaqdır.
Xatırladaq ki, iki gün əvvəl – avqustun 23-də isə sərnişinləri arasında Yevgeni Priqojinin də olduğu şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Rəsmi təsdiqini tapmasa da, Priqojinin öldüyü bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top