Azərbaycanın qadın cüdoçusu Xədicə Qədəşova Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən X. Qədəşova final görüşündə Fransa təmsilçisi Alisya Pulanjı məğlub edərək bu titula yiyələnib.
O, həmçinin Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.
