
Rusiya Prezidenti Vladimir Putin göyərtəsində “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin də olduğu Embraer təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların hamısının ailələrinə başsağlığı verib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə, o, DXR rəhbəri Denis Puşilinlə görüşü zamanı danışıb.
“Təyyarə qəzasına gəlincə, ilk növbədə mən bütün həlak olanların ailələrinə səmimi başsağlığı vermək istəyirəm. Bu, faciədir”, - Putin bildirib.
Rusiya prezidenti PMC-nin rəhbəri Yevgeni Priqojindən də danışıb.
“Mən Priqojini çoxdan, 1990-cı illərin əvvəllərindən tanıyırdım. O, çətin taleyi olan insan idi. O, həyatda ciddi səhvlərə yol verdi və ümumi iş naminə lazım olan nəticələrə nail oldu - həm özü üçün, həm də mən ondan bu barədə soruşanda”, - Rusiya prezidenti xatirələrini bölüşüb.