Ombudsman nümayəndələri Voskanyana baş çəkib


Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftarın, müəssisədəki saxlanma şəraitinin və təqsirləndirilən şəxslərin hüquqlarının təmini vəziyyətinin monitorinqi olub.
Başçəkmə zamanı bu ilin avqustun 16-da terror-təxribat törətmək məqsədilə Azərbaycan-Ermənistan dövlət sərhədini qanunsuz olaraq keçən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Qaqik Voskanyan da qəbul edilib. Həmin təqsirləndirilən şəxsin saxlanma şəraiti, onunla rəftar, tibbi xidmətə çatımlılıq və Milli Preventiv Mexanizm mandatına uyğun digər məsələlər araşdırılıb, beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmin edilməsi vəziyyəti öyrənilib. Adıçəkilən şəxs saxlanma şəraitindən, onunla rəftardan və tibbi xidmətdən razılığını bildirib.
Konfidensial qaydada söhbət aparılan şəxsə hüquqları, ombudsmanın səlahiyyətləri barədə məlumat verilib, öz dilində insan hüquqları sahəsindəki beynəlxalq aktlar təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top