
Bu il ali məktəblərə imtahansız qəbul olunanların sayı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Məlumata görə, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 50 nəfər respublika fənn olimpiadası, 98 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 32 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB və A-Level) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.
Bundan əlavə, 314 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 124 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.
Xatırladaq ki, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.
Ali məktəblərə imtahansız qəbul olunanların sayı və onların qəbul olunduqları ixtisaslarla bağlı daha ətraflı buradan tanış ola bilərsiniz.
Tətbiqimizi yükləyə bilərsiniz