
Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində traktorun minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.
***12.43
Xocalıda traktor minaya düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Partlayış nəticəsində xəsarət alan yoxdur.
Araşdırma aparılır.

Tətbiqimizi yükləyə bilərsiniz