Danimarkalı diplomat Quranın yandırılmasına görə Türkiyə XİN-ə çağırıldı


Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili dördüncü dəfə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, buna səbəb Türkiyənin Kopenhagendəki səfirliyi və bəzi müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırılmasıdır.
Qeyd edək ki, müvəqqəti işlər vəkili avqustun 18-də, 21-də və 22-də də Türkiyə XİN-ə çağırılıb.

DİGƏR XƏBƏRLƏR

Top