“System of a Down” alternativ metal qrupunun erməni əsilli solisti Serj Tankiyan Amerikanın “Imagine dragons” qrupunun sentyabrın 2-də Bakıda keçiriləcək konsertinin ləğv edilməsi üçün petisiya hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Instagram” hesabında məlumat yayıb.
S. Tankiyan bildirib ki, konserti ləğv etmələri üçün “Imagine dragons” qrupunun nümayəndələrinə məktub yazsa da, qarşı tərəfədən cavab almayıb.
Qeyd edib ki, məktubuna cavab almadığına görə də, məsələni ictimailəşdirmək və bununla əlaqədar petisiya yaratmaq qərarına gəlib.
Avqustun 13-də paylaşılan petisiya “Imagine Dragons” qrupundan Azərbaycandakı konserti ləğv etməyi tələb edir.
25 min imza hədəfi olan çağırışı 16 min 104 nəfər imzalayıb.
“Imagine Dragons” qrupunun Azərbaycanda baş tutacaq konserti sentyabrın 2-də Bakı Olimpiya Stadionunda olacaq.
Qeyd edək ki, S. Tankiyan Azərbaycan-Ermənistan münasibətlərinə tez-tez reaksiya verir, əsasən irqçi və qeyri-obyektiv yanaşmalarla çıxış edir.