Süveyş kanalında 2 tanker toqquşdu


Süveyş kanalında 2 tankerin toqquşduğu açıqlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Sinqapur bayraqlı “BW Lesmes” və Kayman adaları bayraqlı “Burri” adlı tankerlər toqquşub. Toqquşma kanalda gəmilərin hərəkətinə heç bir təsir göstərməyib.
Qeyd edək ki, dünya ticarətinin təxminən 12 faizi Süveyş kanalı vasitəsilə həyata keçirilir.
Yeri gəlmişkən, 2021-ci ildə “Ever Given“ konteyner gəmisi də kanalda ilişmiş və dəniz nəqliyyatı 6 gün ərzində dayanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top