Xaricə gedən azərbaycanlıların sayı 19 faizdən çox artıb


Keçən ilin yanvar-iyul ayları ilə müqayisədə bu il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 19,8 faiz artaraq 993,5 min nəfər olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat verib. Məlumata görə, Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana gedənlərin sayı 32,5 faiz, Türkiyəyə gedənlərin sayı 6,4 faiz artıb, İrana gedənlərin sayı 24,7 faiz azalıb. Ölkə vətəndaşlarının 42,5 faizi Türkiyəyə, 22,7 faizi Rusiyaya, 9,2 faizi Gürcüstana, 7,7 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil edib.
2023-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,0 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top