“Şərait yaransa, Cənubi Osetiya və Abxaziyanı ilhaq etmək olar” – Medvedev


Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrini ilhaq edə bilərlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Medvedevin “Arqumentı I faktı” qəzetində dərc olunan məqaləsində bildirilir.
“Rusiyaya birləşmək ideyası hələ də Abxaziya və Cənubi Osetiya regionlarında çox populyardır. İlhaq üçün münbit şərait yaransa, bu, mümkündür”, - məqalədə deyilir.
Medvedev, həmçinin Qərbi Gürcüstanın NATO-ya qəbulu ehtimalını artırmaqla gərginlik yaratmaqda ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top