Türk Hava Yollarının təyyarəsi Bakıya təcili eniş etdi


Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə  AZAL-dan məlumat verilib. Məlumata görə, buna səbəb təyyarədə olan sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması – 45 yaşlı qadın) olub. “Airbus A350” təyyarəsi yerli vaxtla saat 03:30-da Bakı hava limanına eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.
Təyyarə yerli vaxtla saat 05:07-də Bakıdan İstanbula yola düşüb.

DİGƏR XƏBƏRLƏR

Top