Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bürünc medal uğrunda ilk görüşünü keçirib.
Yeniavaz.com xəbər verir ki, 28 yaşlı qrosmeyster ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb.
Həmyerlimiz 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.
Şahmatçılar arasında ikinci görüş sabah baş tutacaq.