DSX-nin 915 minlik tenderlərini bu şirkətlər uddu


Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqələrinin qalibləri bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, 709 min 786 manat və 205 min 320 manat dəyərindəki tender müsabiqələrinin qalibləri müvafiq olaraq "Microtech" MMC və "Hermano" MMC olub.
"Microtech"  MMC DSX-ni radiorabitə və videomüşahidə vasitələri, "Hermano" MMC isə təchizat jileti ilə təmin edəcək.
Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan "Microtech"  MMC 16 mart 2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xətai rayonu, Xəqani Rüstəmov, ev 6-da yerləşən MMC-nin nizamnamə kapitalı 30 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Həbibzadə Elçin Eldar oğludur.
Digər qalib "Hermano" MMC isə 5 iyul 2019 -cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 210 min manat təşkil edən şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Xarici Dairəvi, ev məh.2038-də yerləşir. MMC-nin qanuni təmsilçisi Muhammed Demirdir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top