"Bu gün Azərbaycan İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işdə (Azərbaycan Ermənistana qarşı) Ermənistanın qaldırdığı ilkin etirazlara dair öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib".
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Tvitterdə yazıb.
O bildirib ki, Ermənistanın İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozması birbaşa olaraq BƏM-in yurisdiksiyasına aiddir.