Bəzi rayonlara qazın verilişi müvəqqəti dayandırılacaq


Tərtər və Qax rayonlarının, həmçinin Yevlax şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Tərtər-2” ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərində, “Qax” ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz xəttində görüləcək təmir işləri və Yevlax şəhəri ərazisində orta təzyiqli qaz xəttinin əhali kollektoruna birləşdirilməsilə əlaqədar avqustun 22-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top