Yanmış Ferrari 2 milyon dollara satıldı – Fotolar


ABŞ-da keçirilən bir hərracda köhnə yarış Ferrarisinin yanmış hissələri 2 milyon dollara satılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Ferrari 1960-cı illərdə yarış zamanı yanıb və onilliklər boyu toxunulmamış qalıb. Onu Ferrarinin ilk yarış pilotu Franko Korteze idarə edib.
Mütəxəssislər alıcının yenidən yarışa bilməsi üçün avtomobili bərpa edəcəyini ehtimal edirlər.
1954-cü il model olan bu avtomobil “500 Mondial Spider Series I” seriyasına aiddir və indiyə qədər istehsal olunmuş 13 avtomobildən biridir.
Onun korpusunu dizayner Pinin Farina hazırlayıb.
Yarışdığı illər ərzində “Mondial“ dəfələrlə qəzaya uğrayıb və yanğına məruz qalıb.
“Mondial“ 1978-ci ildə onu bu vəziyyətdə indiyə qədər qoruyub saxlayan ABŞ kolleksiyaçısı tərəfindən alınıb.

DİGƏR XƏBƏRLƏR

Top