Naxçıvanda yüksək vəzifəyə təyinat oldu – Sərəncam


“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının sədrinin təyin edilməsi haqqında sərəncam imzalanıb.
Yeniavaz.com
xəbər verir ki, Naxçıvan Muxtar Respublikasi Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun imzaladığı sərəncama əsasən, Ləman Firdovsi qızı İbrahimova “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının sədri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top