
Taekvondoçumuz İmaməddin Xəlilov Koreyanın Çunçeon şəhərində keçirilən dünya açıq taekvondo turnirində qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib. Məlumata görə, idmançımız 70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, İmaməddin Xəlilov daha əvvəl Niderlandın Rotterdam şəhərində təşkil olunmuş Avropa çempionatının da qalibi olub.
Tətbiqimizi yükləyə bilərsiniz