Bu gün səhər saatlarında Moskva vilayətinə PUA hücumu ilə əlaqədar Rusiya paytaxtının üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda 94 reys təxirə salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, Vnukovoda 29, Domodedovoda 20, Şeremetyevoda 45 reys təxirə salınıb.
Rusiya Müdafiə Nazirliyi hücum cəhdinin qarşısının alındığını elan edib. Uçan aparatlar hava hücumundan müdafiə vasitələri ilə Moskva vilayətinin İstra rayonu üzərində səmada vurulub.
Daha sonra hava limanları normal fəaliyyətini bərpa edib və Federal Hava Nəqliyyatı Agentliyi Moskvanın hava məkanında bütün məhdudiyyətləri aradan qaldırıb.
Xatırladaq ki, təxirə salınan 94 reysdən əlavə, 1 reys də ləğv edilib.