Müddətli müqavilə ilə vakansiya seçimi başladı


Bu gün saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.
Qeyd edək ki, Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top