Özbəkistan Prezidenti sabah Azərbaycana gəlir


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 22-23 avqust tarixlərində Azərbaycana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, səfəri proqramı iki ölkə liderinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.
Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
Həmçinin, danışıqların yekunu olaraq bir sıra ikitərəfli sazişlərin imzalanması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top