Rusiyada keçirilən turnirdə 2 boksçumuz yarımfinala yüksəldi


Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında iki boksçumuz yarımfinala yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, əvvəlcə 54 kq çəkidə çıxış edən boksçumuz Nicat Hüseynov, daha sonra isə 71 kq çəkidə çıxış edən boksçumuz Şəmsi Şahbazov yarımfinala yüksəlib.
N. Hüseynov belaruslu boksçu İvan Zaxarenkonu, Ş. Şahbazov isə tacikistanlı boksçu Abduahad Babayevi məğlub edərək bu mərhələyə yüksəlib.
Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla, 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top