Ukrayna Silahlı Qüvvələri kamikadze dronlarla Rostov vilayətinə hücum ediblər.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev nəlumat verib.
“Bu gün səhər tezdən kamikadze dronlardan istifadə edilməklə bölgəmizdə terror aktına cəhd edilib. Hədəfin kiçik olması səbəbindən hava hücumundan müdafiə sistemləri işə düşməyib. Bir pilotsuz təyyarə Novoşaxtinskdən bir kilometr şimala, daha ikisi isə Kamenskdəki hərbi hissənin ərazisinə düşüb”, - məlumatda deyilir.
Qolubev qeyd edib ki, pilotsuz təyyarələrin düşməsi nəticəsində tələfat və dağıntı yoxdur.