Messi ABŞ-da ilk kubokunu qazandı – Ən titullu futbolçu oldu


“Major League Soccer” (MLS) və Meksika Çempionatı arasında keçirilən Liqa Kubokunun finalında “İnter Mayami” “Nashville”i penaltilər seriyasında 2:1 hesabı ilə məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, görüş Neşvil şəhərində “Geodis Park” stadionunda keçirilib.
Matçın əsas vaxtı heç-heçə başa çatıb - 1:1. Meydan sahiblərinin heyətində Fafa Piko (57-ci dəqiqə) fərqlənib, qonaqların qoluna isə Lionel Messi (23) imza atıb.
Penaltilər seriyasında isə “İnter Mayami”nin futbolçuları daha dəqiq olub - 10:9.
Bununla da Messi “İnter Mayami”də yeddinci oyununu keçirib və hər birində qol vurmağa müvəffəq olub. Argentinalı hücumçu indiyə qədər Amerika klubunda on qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 36 yaşlı Messi karyerasında 44-cü kuboku qazanıb və braziliyalı müdafiəçi Dani Alveşin (43) rekordunu geridə qoyub.

DİGƏR XƏBƏRLƏR

Top