Sabah Bakının mərkəzində bu yol bağlı olacaq


Sabah Bakının mərkəzində yolun bir hissəsi tamamilə bağlanacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) məlumat yayıb.
Bildirilib ki, Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməsinə qədər (“Sahil” metrostansiyası yaxınlığında) küçəyə yeni asfalt örtüyünün döşənməsi ilə bağlı küçənin bu hissəsində sabah, bazar günü, avqustun 20-də nəqliyyatın hərəkəti tam bağlanacaq.
"Sürücülər Üzeyir Hacıbəyli küçəsi ilə dolama yoldan istifadə etməlidirlər - Hökumət Evinin yanından keçərək düz Rəşid Behbudov küçəsi ilə kəsişməyə, sonra düz Bülbül prospektinə, sonra sola, Sahil metrosunun yanından sonra sağa, Zərifə Əliyeva küçəsinə və daha da irəli Azneft dairəsi. Sürücülərdən avtomobil idarə edərkən bunu nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top