
“Qarabağ” Andrey Lunyevin transferini rəsmən açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, klub bu barədə social şəbəkədə məlumat paylaşıb.
“Xoş gəldin, Andrey Lunyev”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Lunyev karyerası ərzində “Torpedo”, “İstra”, “Kaluqa”, “Saturn Ramenskoye”, “Ufa”, “Zenit” komandalarında da oynayıb. O, son klubu “Bayer”də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb.
Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib.
Xatırladaq ki, “Qarabağ”ın baş meneceri Asif Əsgərov 32 yaşlı qolkiperlə 1+1 sxemi üzrə müqavilə imzaladıqlarını bildirmişdi.
