Süni intellekt klaviatura səsindən parol təyin edə bilir?


Son vaxtlar hər kəsin diqqət mərkəzində olan süni intellekt texnologiyaları bu dəfə internet təhlükəsizliyi ilə bağlı gündəmdədir. Belə ki, aparılan araşdırmalar süni intellektin klaviaturadakı düymə səsindən parol təyin etdiyini göstərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə araşdırmalar İngiltərənin Durham, Surrey və Royal Hollovey Universitetləri tərəfindən aparılıb. Araşdırmada süni intellektin klaviaturadakı əsas səsləri dinləməklə yazılanları 95 faiz dəqiqliklə ayırd etdiyi məlum olub.
Mütəxəssislər süni intellekt texnologiyalarının hakerlər tərəfindən bu istiqamətdə istifadə edilməsinin ciddi təhlükəsizlik problemlərinə səbəb olacağını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top