Avqustun 19-da Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtda təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şəhər icra hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat xidmətlərinin texnikası ilə şəhərin 551 əsas küçə və prospektinin təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda, digər təmizlik və abadlıq işləri həyata keçirilib.