Nicat Abasov Maqnus Karlsenə uduzdu – Yenilənib


Nicat Abasov rəqibinə məğlub olub. İkinci qarşılaşma sabah keçiriləcək.


***11:25
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil edilən Dünya Kubokunda bu gün yarımfinal mərhələsinin ilk oyununu keçirəcək.
Yeniavaz.com xəbər verir ki, 28 yaşlı şahmatçı bu oyunda beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.
Azərbaycan təmsilçisi rəqibinə qarşı qara fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşa, Maqnus Karlsen isə onun həmyerlisi Dommaracu Qukeşə qalib gəlmişdi.

DİGƏR XƏBƏRLƏR

Top