
“İndi daha çox jurnalistlərlə dostluq edirəm, onların suallarını cavablandırıram. Amma bəzi diplomat və siyasətçi dostlarımla da ünsiyyətim davam edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla arada danışır, yazışırıq”.
Yeniavaz.com xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Report-a müsahisəbində deyib.
Keçmiş nazir həmçinin türkiyəli həmkarı Mövlud Çavuşoğlu barədə də danışıb.
“Cənab Çavuşoğlu ilə çox yaxşı münasibətlərimiz var. İndi də danışırıq. O, çox güclü və bacarıqlı diplomatdır. Bilirsiniz ki, Mövlud Çavuşoğlu siyasi fəaliyyətini millət vəkili kimi davam etdirir. O, Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndə heyətinin rəhbəridir. Düşünürəm ki, Çavuşoğlu xarici işlər naziri kimi qazandığı uğuru yenə əldə edəcək. Eyni zamanda Hakan bəyi də tanıyıram. Onun da bacarığına bələdəm. Bu mənada Türkiyənin praqmatik xarici siyasət kursunun olduğu kimi davam edəcəyinə əminəm”, - Məmmədyarov deyib.