“Rusiya, Türkiyə və Qətər hazırda müddəti bitmiş “taxıl sazişi”nin yerinə üçtərəfli saziş hazırlayır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Budapeştdə yeni “taxıl sazişi” gələn həftə sonu bağlana bilər. Rusiya tərəfini isə Tatarıstan rəhbəri Rüstəm Minnixanov təmsil edəcək.
“Bild” yeni saziş barədə Rusiya və Türkiyənin Xarici İşlər Nazirlikləri ilə iyulun 21-dən avqustun 8-dək daxil olduğu rəsmi yazışmalardan öyrənib.
Bildirilir ki, yeni müqaviləyə əsasən, Rusiya taxılı yoxsul ölkələrə, əsasən Afrika ölkələrinə gedəcək. Eyni zamanda, Ankara taxılın Ukraynadan tədarük edilməsini istəyir, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Rusiyadan əvvəlki razılaşmaya qayıtmağı xahiş edib.
Nəşr yazır ki, hazırlanan sövdələşməyə əsasən, Türkiyə Rusiya taxılının Afrikaya tədarükünün təşkilatçısı, Qətər isə onların sponsoru qismində çıxış edəcək. Ankara yeni sazişin BMT-nin himayəsi altında həyata keçirilməsini də təklif edir.
Həmçinin qeyd edilib ki, Minnixanov yekunda iştirak etmək üçün artıq Budapeştə uçub və Türkiyə tərəfini Prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək. “Bild” Qətərdən birinin olub-olmayacağını dəqiqləşdirmədiyini yazıb.