ADR üzvünün saxlanıldığı deyilir – DİN-dən açıqlama


Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) üzvü Ənvər Ağamalızadənin saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onu tanıyanlar sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
İddiaya görə, o, yaşadığı mənzildə polis əməkdaşları tərəfindən saxlanılıb və nəmalum istiqamətdə aparılıb.
Onun hansı səbəbdən saxlanılması barədə məlumat yoxdur.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-a bildirib ki, Ənvər Ağamalızadənin saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır.

DİGƏR XƏBƏRLƏR

Top