Taksi fəaliyyəti ilə bağlı dövlət rüsumları təsdiqləndi


İlham Əliyev “Dövlət rüsumu haqqında” qanundakı dəyişikliyi təsdiq edib.
Yeniavaz.com xəbər verir ki, dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri müəyyənləşib.
Belə ki, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi 25 manat, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi 75 manat, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi 3000 manat olacaq.

DİGƏR XƏBƏRLƏR

Top