Yasamalda binada yanğın – Sakinlər təxliyə edildi


Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd dolab yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top