Azərbaycanda daha iki siyasi partiya - Vahid Azərbaycan Milli Birlik və Qorqud partiyaları ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə,Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib.
Həmçinin, “Qorqud” Partiyası da ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib. Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib.