![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/8/9/1/48472f77-13a2-43d2-9384-8828a56af80d/qizmar-gunes2.jpg)
Avqustun 17-si saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 16-da günün ikinci yarısında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, düşən yağıntının miqdarı: Şahdağ və Xaltanda 2.0 mm-dək olub.
Gözlənildiyi kimi avqust ayının birinci yarısına nisbətən artıq havanın temperaturu bir neçə dərəcə aşağı enərək Abşeron yarımadasında 33-37 dərəcə olub. Ən yüksək temperatur isə Şərur və Culfada qeydə alınıb, 40 dərəcəyədək isti olub.