Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vətəndaş tərəfindən müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti aparılması faktı aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyindən məlumat verilib. Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində vətəndaşa məxsus qanunsuz tikili sökülüb.
Bundan başqa, Lənkəran şəhəri, Ş.Axundov küçəsində aparılan qanunsuz tikinti işləri də Agentliyin əməkdaşları tərəfindən aşkar edilərək dayandırılıb və ərazi nəzarətə götürülüb.