Ətraf mühitə çirkab su axıdanlar cəzalandırıldı – Fotolar


Tovuz rayonu ərazisindəki “Nazlı bulaq”, Göygöl rayonu ərazisindəki “Göygöl” istirahət mərkəzlərindən ətrafa tullantıların atıldığı və çirkab suların axıdıldığı, Ağcabədi şəhərində fəaliyyət göstərən “Ucuzluq" marketdə formalaşan tullantıların isə yandırıldığı müəyyən edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Məlumata görə, faktlarla bağlı “Nazlı bulaq” istirahət mərkəzinin icarədarı Akif Məhərrəmov, “Göygöl” istirahət mərkəzinin sahibi Məmməd Süleymanov və “Ucuzluq" marketin nümayəndəsi Təbriz İsmayılov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Gələcəkdə belə hallara yol verilməməsi üçün hər üç obyektin sahibinə məcburi göstəriş verilib.

DİGƏR XƏBƏRLƏR

Top