“Balakən 1 və 2 xətt” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar 17 iyul 2023-cü il tarixdə saat 08:00-dan, "Müşfiqabad” QPS-də aparılacaq təmir işləri və yeni çəkilmiş qaz xəttinin sənaye kollektoruna qoşulması ilə əlaqədar saat 10:00-dan, həmçinin “Müşviqabad” və “Çaylı-Qobustan” orta təzyiqli qaz kəmərlərində kipliyə sınaq olunması məqsədi ilə saat 10:30-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Balakən rayonunun bir hissəsinin, paytaxtın Abşeron rayonunun Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin, Qaradağ rayonunun Müşviqabad qəsəbəsinin, Binəqədi rayonunun isə 28 May qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.