Mövqelərimiz yenə atəşə tutuldu


Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən bildirilib.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda deyilir.
Qeyd edək ki, son günlər Azərbaycan Ordusunun müxtəlif istiqamətdə yerləşən mövqeləri düşmən tərəfindən dəfələrlə atəşə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top