Şahmatçımız Dünya Kubokunda yarımfinala yüksəldi


Bakıda təşkil olunan Dünya Kubokunun 1/4 final mərhələsində 28 yaşlı şahmatçımız Nicat Abasov ikinci oyununu keçirib.
Yeniavaz.com
 xəbər verir ki, qrosmeyster bu dəfə Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib və yarımfinala yüksəlib.
Tərəflər arasında ilk qarşılaşma heç-heçə ilə nəticələnmişdi.
Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.

DİGƏR XƏBƏRLƏR

Top