Rəsmi Bakıdan ATƏT sədrinə cavab


“Hər gün Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə Azərbaycanın onlarla erməni sakini keçir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Tvitterdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiona səfərinə münasibət bildirərkən yazıb.
O bildirib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən buraxılış prosesi tənzimlənir:
“Cənab nazir, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən keçid yaxşı tənzimlənir və heç yerdə “sərbəst keçid” anlayışı yoxdur. Bölgəyə böyük həcmdə yüklərin tədarükünə gəlincə, Azərbaycan bu məqsədlər üçün Ağdam-Xankəndi yolunu ayırıb ki, əgər 10 gün əvvəl ermənilər tərəfindən razılaşmanın şərtləri pozulmasaydı, bundan istifadə edə bilərdilər”.
Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan-Azərbaycan şərti sərhədindəkii vəziyyətlə tanış olmaq məqsədilə sərhədə gələcək. Bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani bildirib.

DİGƏR XƏBƏRLƏR

Top