Hərracla 26 dövlət əmlakı satıldı


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 23 nəqliyyat vasitəsi özəlləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, özəlləşdirilən əmlaklar sırasında Oğuzda yerləşən “Şahdağ” yeməkxanası və Şəkidə yerləşən yeraltı dayanacaq da var.
Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracda rəqabətə səbəb olub. Belə ki, hərracda 1.700 manat start qiyməti ilə təklif edilən “Hyundai Getz” markalı avtomobil 8.000 manata satılıb. İlkin qiyməti 4.000 manat olan “VAZ 21723” markalı avtomobil isə 7.900 manata özəlləşdirilib.
Hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 259 min 370 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Cari ay üzrə növbəti hərraclar 22 və 29 avqust tarixlərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top