“Ağdam-Əsgəran-Xankəndi yolu açıqdır” – Hikmət Hacıyev


“Ağdam-Əsgəran-Xankəndi yolu hazır, işlək və bütün lazımi malların daşınması üçün açıqdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə yazıb.
O bildirib ki, Ağdamdan Xankəndiyə cəmi 23 kilometr yoldur:
“Diplomatik korpus və beynəlxalq media ilə yolun üzərindəyik və Əsgərana tərəf baxırıq. Azərbaycan divarlar deyil, yollar inşa edir!”

DİGƏR XƏBƏRLƏR

Top