Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.
Yeniavaz.com xəbər verir ki, oyun İngiltərənin “Mançester Siti” və İspaniyanın “Sevilya” komandaları arasında olacaq. Oyun Yunanıstanın paytaxtı Afina şəhərində “Georgios Karaiskakis” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
“Mançester Siti” tarixində ilk dəfə UEFA Superkuboku uğrunda mübarizə aparacaq. “Sevilya” isə 6-cı dəfə bu titulu əldə etməyə çalışacaq.
Qeyd edək ki, “Sevilya” indiyədək bir dəfə, 2006-cı ildə “Barselona”nı 3:0 məğlub edərək Superkubokun sahibi olub.